“İnvest-az İnvestisiya Şirkəti” bu ilin I yarısını mənfəətlə başa vurub

Maliyyə
  • 20 sentyabr, 2021
  • 07:22
“İnvest-az İnvestisiya Şirkəti” bu ilin I yarısını mənfəətlə başa vurub

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC bu ilin I yarısını 187 min manat xalis mənfəətlə başa vurub. Halbuki, maliyyə qurumu ötən ilin eyni dövründən 391 min manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, yanvar-iyun aylarında “İnvest-AZ"ın əməliyyat gəlirləri 1,363 milyon manat (1 il əvvələ nisbətən 61,9% çox), əməliyyat xərcləri 1,313 milyon manat (1,9% çox), məzənnə fərqindən xalis gəlirləri 5 min manat (1 il bundan əvvəl zərər olub ), digər gəlirləri 121 min manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 11 min manat (4,9 dəfə az) təşkil edib.

Bu il iyulun 1-nə “İnvest-az"ın aktivləri 9,35 milyon manat olub ki, bu da illik müqayisədə 20,5% azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 29,8% azalaraq 6,563 milyon manata düşüb, balans kapitalı isə 15,2% artaraq 2,787 milyon manata çatıb.

Xatırladaq ki, “Invest-AZ” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,255 milyon manatdır. Şirkətin səhmlərinin 73,98 %-i Elşən Quliyevə, 26,02 %-i isə Ceyhun Abdullayevə məxsusdur.