Avstriya Rusiyaya qarşı 19-cu sanksiyalar paketini dəstəkləyəcək

Digər ölkələr
  • 18 oktyabr, 2025
  • 20:50
Avstriya Rusiyaya qarşı 19-cu sanksiyalar paketini dəstəkləyəcək

Avstriya əvvəllər "Raiffeisen Bank International" (RBI) işi ilə bağlı tələblər irəli sürməsinə baxmayaraq, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbuluna mane olmamaq qərarına gəlib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" Avstriya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər yayıb.

"Avstriya Rusiyaya qarşı təzyiqlərin davam etdirilməsini dəstəkləyir və bazar ertəsi günü 19-cu sanksiyalar paketini təsdiqləyəcək", - nazirliyin bəyanatında deyilir.

Rəsmi Vyana daha əvvəl Aİ-dən "Rasperia Trading" şirkətinə qarşı sanksiyaların ləğv olunmasını istəyib ki, bu da RBI-yə sanksiya tətbiq edilən şirkətə məxsus olan "Strabag" tikinti şirkətindən 24 % pay almağa imkan verəcək.

Rusiyaya qarşı yeni sanksiyalara bu ölkənin neftinin qiymətinin bir barel üçün tavanının 60 dollardan 47,60 dollara endirilməsi, "Mir" ödəniş sisteminə, 45 Rusiya, eləcə də xarici şirkətə qarşı məhdudlaşdırıcı tədbirlər, bəzi filizlərin, metalların, kimyəvi maddələrin, duzların ixracına qadağa qoyulması və digər maddələr daxildir.

Son xəbərlər

Bütün Xəbər Lenti