Nyu-Delhi hava limanında nasazlıq səbəbindən 150-dən çox reys gecikib
Digər ölkələr
- 07 noyabr, 2025
- 12:05
Nyu-Delhidəki İndira Qandi adına beynəlxalq hava limanında hava hərəkətinin idarəetmə sistemində texniki nasazlıq səbəbindən 150-dən çox uçuş gecikib.
"Report" xəbər verir ki, bu barədə Hindistanın hava limanları idarəsinin məlumatında deyilir.
"Delhi hava limanında hava hərəkətinin idarəetmə məlumatlarının emalını təmin edən avtomatik məlumat kommutasiya sistemində yaranmış texniki problemlər səbəbindən reyslərin yerinə yetirilməsində gecikmələr müşahidə olunur. Texniki mütəxəssislər sistemin ən qısa zamanda bərpası üzərində işləyirlər", - məlumatda bildirilir.
Son xəbərlər
03:45
Danimarka və ABŞ rəsmiləri Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını müzakirə ediblər
Digər ölkələr03:07
ABŞ Nigeriyaya yenidən zərbələr endirə bilər
Digər ölkələr02:40
Kiyevə növbəti dəfə kütləvi raket və dron hücumu edilir
Digər ölkələr02:24
Tacikistanda zəlzələ olub
Digər ölkələr02:17
İspaniya Superkubokunun finalçıları məlum olub
Futbol02:12
Tramp Maduronu əfv etmək niyyətində deyil
Digər ölkələr01:34
KİV: Danimarka ordusu müdaxilə halında dərhal atəş açmağa borcludur
Digər ölkələr01:18
Video
Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var - Yenilənib
Hadisə00:38