ICPC Bakıda keçirilən dünya finalına görə Azərbaycana təşəkkür edib

Maliyyə
  • 01 sentyabr, 2025
  • 16:49
ICPC Bakıda keçirilən dünya finalına görə Azərbaycana təşəkkür edib

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsi (ICPC) dünyanın hər yerindən istedadlı gənc proqramçıları bir araya gətirən olimpiadanın dünya finalının keçirilməsinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

"Report" xəbər verir ki, ICPC fondunun prezidenti Bill Pauçer Bakıda keçirilən 49-cu ICPC dünya finalının açılış mərasimində tədbirin təşkilində Azərbaycanın xüsusi rolunu qeyd edib.

Onun sözlərinə görə, bu il ICPC-nin regional seminarları, çelencləri və təlim düşərgələri 63 294 tələbəni əhatə edib. Onlarla dünyanın 93 ölkəsinin 3 307 universitetindən 10 573 məşqçi və köməkçi işləyib. Hazırlığın nəticəsi olaraq ən güclü adı uğrunda mübarizə aparmaq üçün Bakıda toplaşan ən yaxşı gənc proqramçılardan ibarət 141 komanda formalaşdırılıb.

"Biz Azərbaycan Prezidenti İlham Əliyevə ICPC Dünya Alyansını bu ölkədə qəbul etməyə imkan verən liderliyi və baxışına görə təşəkkür edirik. Rektor Hafiz Paşayevin rəhbərliyi altında ADA Universitetinə ilhamverici akademik mühit yaratdığı üçün xüsusi minnətdarlıq bildiririk" - B.Pauçer vurğulayıb.