Gürcüstanın Azərbaycana borcu açıqlanıb

Maliyyə
  • 15 oktyabr, 2020
  • 13:07
Gürcüstanın Azərbaycana borcu açıqlanıb

Bu il oktyabrın 1-nə Gürcüstanın Azərbaycana 5,685 milyon ABŞ dolları borcu var.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz qalıb.

Sənədə əsasən, hesabat tarixinə Gürcüstanın ümumi xarici dövlət borcu 6,76 milyard ABŞ dolları təşkil edir ki, bu məbləğin də 6,5 milyard ABŞ dolları hökumətin payına düşür.

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana da borcu dəyişməyərək müvafiq olaraq 10,959 milyon ABŞ dolları, 43,134 milyon ABŞ dolları və 5,954 milyon ABŞ dolları səviyyəsində qalıb.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələr Fransa (554,7 milyon ABŞ dolları), Almaniya (495 milyon ABŞ dolları) və Yaponiyadır (215,1 milyon ABŞ dolları).

Son xəbərlər

Bütün Xəbər Lenti