İsmayıllıda yol qəzasında ölənlərdən ikisinin şəxsiyyəti məlum olub – YENİLƏNİB-2

Hadisə
  • 19 iyul, 2026
  • 14:48
İsmayıllıda yol qəzasında ölənlərdən ikisinin şəxsiyyəti məlum olub – YENİLƏNİB-2

İsmayıllı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinə ölənlərin ikisinin şəxsiyyəti məlum olub.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, "Opel" markalı avtomobillə "Honda" markalı motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü - 23 yaş Nihad Allahverənov, "⁠Opel"in sürücüsü, 38 yaş İsa Rzayev və avtomobilin sərnişini (kimliyi hələ dəqiqləşməyib) ölüb.

Qəza nəticəsində hər iki sürücü, eləcə də İsa Rzayevin avtomobilində olan qadın sərnişin hadisə yerində həyatlarını itiriblər. Əraziyə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri İsmayıllı rayonu, Topçu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verdiyi əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Opel" markalı minik avtomobili və "Honda" markalı motosikletin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "Honda" markalı motosikletin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri İsmayıllı rayonu, Topçu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verdiyi əraziyə cəlb olunub.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Opel" markalı minik avtomobili və "Honda" markalı motosikletin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "Honda" markalı motosikletin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yol-qəza hadisəsi nəticəsində ümumilikdə 3 nəfət həyatını itirib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, "Opel" markalı avtomobillə motosiklet toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan 2 nəfər, eləcə də motosikletin sürücüsü ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.