"Fitch Solutions" 2025-ci ildə Azərbaycanın CƏB profisitini ÜDM-in 2,6 %-i səviyyəsində proqnozlaşdırır

Maliyyə
  • 02 dekabr, 2025
  • 13:45
Fitch Solutions 2025-ci ildə Azərbaycanın CƏB profisitini ÜDM-in 2,6 %-i səviyyəsində proqnozlaşdırır

"Fitch Group" qrupuna daxil olan "Fitch Solutions" (FS) beynəlxalq analitik şirkəti 2025-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının (CƏB) profisitinin 2,7 milyard ABŞ dolları (ÜDM-in 2,6 %-i) təşkil edəcəyini proqnozlaşdırır.

"Report" şirkətin hesabatına istinadən xəbər verir ki, 2026-cı ildə CƏB profisiti 2,7 milyard ABŞ dolları (ÜDM-in 2,4 %-i) səviyyəsində qalacaq.

"Fitch Solutions"ın analitiklərinin qiymətləndirmələrinə görə, 2027-ci ildə CƏB profisiti 1,9 milyard ABŞ dolları (ÜDM-in 1,7 %-i), 2028-ci ildə 2,5 milyard ABŞ dolları (ÜDM-in 2,1 %-i), 2029-cu ildə 2,4 milyard ABŞ dolları (ÜDM-in 1,8 %-i), 2030-cu ildə 2,2 milyard ABŞ dolları (ÜDM-in 1,6 %-i), 2031-ci ildə 1,9 milyard ABŞ dolları (ÜDM-in 1,7 %-i), 2032-ci ildə 2,4 milyard ABŞ dolları (ÜDM-in 1,5 %-i), 2033-cü ildə 2,4 milyard ABŞ dolları (ÜDM-in 1,4 %-i), 2034-cü ildə 2,7 milyard ABŞ dolları (ÜDM-in 1,4 %-i) təşkil edəcək.

2024-cü ildə ölkənin cari əməliyyatlar hesabının profisiti 4,7 milyard ABŞ dolları təşkil edib ki, bu da ÜDM-in 6,3 %-nə bərabərdir.

Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2025-ci ildə CƏB profisiti ÜDM-in 5,6 %-i səviyyəsində gözlənilir. 2025-2028-ci illərdə neft və qaz hasilatı üzrə proqnozlar nəzərə alınmaqla, cari əməliyyatlar hesabının profisiti ÜDM-in ildə 3 %-nə qədərini təşkil edəcək.

Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yekunları üzrə tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin 3,7 milyard ABŞ dolları (yanvar proqnozu - 5,5 milyard ABŞ dolları), 2026-cı ildə isə 3,5 milyard ABŞ dolları olacağını gözləyir.

Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2025-ci ildə CƏB profisiti ÜDM-in 4,3 %-ni, 2026-cı ildə isə 2,3 %-ni təşkil edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti