Çinli idmançı XXV Qış Olimpiya Oyunları zamanı xəstəxanaya çatdırılıb
Fərdi
- 11 fevral, 2026
- 21:38
Çinli snoubordçu Lü Tsyayuy XXV Qış Olimpiya Oyunları zamanı uğursuz enişdən sonra xəstəxanaya çatdırılıb.
"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Bildirilib ki, idmançı halfpayp üzrə ikinci təsnifat yürüşü zamanı yıxılıb və başı ilə rampaya çırpılıb. O, hadisədən sonra bir neçə dəqiqə hərəkətsiz qalıb.
Məlumata görə, ilkin tibbi müayinələr boyun fəqərələri nahiyəsində ciddi zədənin olma ehtimalının aşağı olduğunu göstərib.
Qeyd edək ki, Lü Tsyayuyun 33 yaşı var. O, 2018-ci il Qış Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. Çinli idmançı həmçinin 2009-cu ildə dünya çempionu adını qazanıb.
Son xəbərlər
03:11
ABŞ Hindistana yeni silah satmağı planlaşdırır
Digər ölkələr03:00
BMT-nin Baş katibi Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti ilə görüşüb
Digər ölkələr02:31
Nyu-Yorkun meri varlı sakinlər üçün vergilərin artırılmasını təklif edib
Digər ölkələr02:12
Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndənin mandatı uzadılıb
Digər ölkələr01:37
Suriyadakı 5 mindən çox İŞİD-çi İraqa təhvil verilib
Digər ölkələr01:12
Foto
Video
Şərurda avtomobil "TIR"la toqquşub, xəsarət alanlar var
Hadisə01:06
ABŞ İran yaxınlığında əlavə hərbi qüvvələr toplayır
Digər ölkələr00:33
ABŞ islahatlar həyata keçirməsi üçün BMT-yə təzyiq göstərməyə davam edəcək
Digər ölkələr00:13