KİV: Amerikalılar getdikcə daha çox siyasi səbəblərdən vətəndaşlıqdan imtina edirlər
- 19 oktyabr, 2025
- 04:07

Daimi olaraq xaricdə yaşayan amerikalılar getdikcə daha çox siyasi səbəblərə görə ABŞ vətəndaşlığından imtina edirlər.
"Report"un məlumatına görə, bu barədə "The Washington Post" (WP) hüquqşünaslara istinadən xəbər yayıb.
Qəzetin sitat gətirdiyi immiqrasiyanın vəkilləri qeyd ediblər ki, hər il 5-6 min amerikalı vətəndaşlıqdan imtina edir. Hüquqşünaslar gətirdikləri səbəblər arasında vergi və logistikanı xüsusi olaraq ayırırlar, lakin son vaxtlar vətəndaşların bu qərarları verməsində ABŞ-nin siyasi istiqamətindən narazılıq böyük rol oynayıb.
Nəşr həmçinin "Greenback" beynəlxalq konsaltinq firmasının sorğusuna istinad edib. Sorğuya əsasən 2024-2025-ci illər arasında ölkədəki siyasi vəziyyətlə razılaşmadığı üçün ABŞ vətəndaşlığından imtina etməyi düşünən amerikalıların payı 51 % təşkil edib.