Davut Menteş: "Sığorta bazarında texnologiyanın tətbiqi yeni xərclər yaradır"

Maliyyə
  • 28 oktyabr, 2025
  • 12:12
Davut Menteş: Sığorta bazarında texnologiyanın tətbiqi yeni xərclər yaradır

Azərbaycanın sığorta bazarında texnologiyanın tətbiqi yeni imkanlar və xərclər yaradır.

"Report" xəbər verir ki, bunu Türkiyə Sığorta və Özəl Pensiyalar Tənzimlənməsi və Nəzarəti Agentliyinin sədri Davut Menteş Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025" çərçivəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, texnologiyanın inkişafı böyük imkanlarla yanaşı, müəyyən xərcləri də tələb edir: "Bu reallıq Azərbaycanın sığorta bazarının inkişafı üçün də nəzərə alınmalıdır. Çünki bazarının dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir".

D. Menteş bildirib ki, texnologiyanın sığorta sektoruna ən böyük faydası risklərin qiymətləndirilməsi və məhsulların fərdiləşdirilməsində özünü göstərir:

"Azərbaycanda da böyük həcmli məlumatlardan istifadə, fərdi müştəriyə uyğun məhsulların hazırlanması, təbii fəlakət risklərinin modelləşdirilməsi texnologiyanın köməyi ilə daha effektiv olacaq. Bu isə yalnız sığorta şirkətləri və müştərilərə deyil, bütövlükdə ölkə iqtisadiyyatına fayda verəcək".

O əlavə edib ki, müxtəlif satış kanallarının – broker, agent və bankların mövcudluğu Azərbaycanda da sığorta bazarını daha kompleks edir: "Bu inteqrasiya prosesində texnologiya qaçılmazdır".

Son xəbərlər

Bütün Xəbər Lenti