"Birkart"ın istiqrazlarına 62 investor maraq göstərib

Maliyyə
  • 11 sentyabr, 2025
  • 17:06
Birkartın istiqrazlarına 62 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Birkart" MMC bank olmayan kredit təşkilatının (BOKT) 2 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə "Report"a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə yerləşdirilib. Hərraca 62 investor 2 milyon manatlıq 62 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib.

Qiymətli kağızlar 1 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 11,5 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Paşa Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.