FTB Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin fotosunu yayımlayıb - YENİLƏNİB
- 11 sentyabr, 2025
- 20:37

Federal Təhqiqat Bürosu (FTB) bir gün əvvəl amerikalı fəal Çarli Kirki qətlə yetiməkdə şübhəli bilinən şəxsin fotolarını yayımlayıb.
Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.
Hüquq-mühafizə orqanları ictimaiyyətdən bu şəxsin kimliyini müəyyənləşdirməyə köməklik göstərməyi xahiş edib.
Yayımlanan görüntülər Kirkin qətlində şübhəli bilinən şəxsin ilk rəsmi fotolarıdır.
ABŞ Federal Təhqiqat Bürosu (FTB) amerikalı fəal Çarli Kirkin qətlində istifadə edildiyi ehtimal olunan silahı aşkar edib.
Bu barədə "Report" xarici mediaya istinadən məlumat verir.
"Biz atəş zamanı istifadə olunduğunu ehtimal etdiyimiz silahı tapmağa nail olduq", - FTB nümayəndəsi Robert Bols bildirib.
Onun sözlərinə görə, tüfəng atəş açanın gizləndiyi meşəlik ərazidə tapılıb.
R.Bols Kirkin qatilinin hələ də azadlıqda olduğunu deyib.
O qeyd edib ki, FTB-də atəş açanın fotoşəkilləri var və onun ictimaiyyət üçün təhlükəli olduğuna inanmırlar.