Bakı metrosunda təmassız ödəniş tətbiq edilə bilər
Maliyyə
- 08 aprel, 2021
- 08:15

“Bakı Metropoliten” QSC-də mobil telefon və s. elektron vasitələrdən istifadə etməklə gediş haqqının ödənilməsi istiqamətində işlər aparılır.
Bu barədə “Report”a qurumdan bildirilib.
“Bununla belə, konkret olaraq hansısa sistemin və yaxud üsulun tətbiqindən söz açmaq erkəndir. Bununla bağlı hər hansısa əsaslı addım atılacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq", - səhmdar cəmiyyətindən qeyd olunub.
Xatırladaq ki, bir çox ölkələrdə bütün nəqliyyat sistemində olduğu kimi metroda da NFC (Near Field Communication – Yaxın Məsafəli Əlaqə) sistemindən istifadə edərək ödəniş həyata keçirilir. Bu isə plastik kartlardan istifadə etmədən yalnız mobil telefon, qələm, üzük və digər əşyalar vasitəsi ilə təmassız ödəmə deməkdir.
Son xəbərlər
17:57
Paşinyan: Vaşinqtonda əldə olunmuş razılaşmalar region üçün tarixi dönüş nöqtəsidir
Xarici siyasət17:42
Ermənistan Vaşinqtonda Bakı ilə əldə edilmiş razılaşmalara sadiqdir
Region17:39
"CARCAS" heyəti "Hacıqabul Quşçuluq" müəssisəsini ziyarət edib
Biznes17:30
Bakıda taekvondo üzrə ənənəvi "Koreya səfiri kuboku" keçiriləcək
Fərdi17:29
Pezeşkian BMT-nin baş katibi ilə İranın nüvə proqramını müzakirə edib
Digər ölkələr17:22
Video
Sumqayıtda karton istehsalı müəssisəsi yanır
Hadisə17:21
"Azəripək" auditor seçir
Maliyyə17:18
Sabunçuda xalasının işgəncə verdiyi iddia edilən azyaşlı sığınacağa yerləşdiriləcək - YENİLƏNİB-2
Hadisə17:17