Azərbaycanda mobil cihazların bazar payı son 2 ayda 17 % azalıb
İKT
- 01 sentyabr, 2025
- 17:17
Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 66,88 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 4,16 faiz bəndi, 2024-cü ilin avqust ayı ilə müqayisədə isə 5,91 faiz bəndi azdır. Beləliklə mobil cihazların bazar payı ardıcıl olaraq ikinci aydır azalır (ümumi azalma 17 % təşkil edib).
Kompüterlərin bazar payı aylıq 4,23 faiz bəndi, illik müqayisədə isə 6,15 faiz bəndi artaraq 32,44 % olub.
Avqustda planşetlərin bazar payı 0,69 % təşkil edib. Bu, iyul ayına nisbətən 0,06 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,23 faiz bəndi azdır.
Son xəbərlər
06:06
Sançes Trampı qıcıqlandırmaq riski altında Çinə dördüncü dəfə səfər edib
Digər ölkələr05:45
KİV: Hörmüz boğazının bağlanması yeni inflyasiya dalğası yaradır
İqtisadiyyat05:20
Video
Donald Tramp UFC döyüşçüsü ilə rinqdən video bölüşüb
Fərdi04:55
Malatyada mikroavtobus aşıb, ölən və yaralananlar var
Region04:29
İran və Fransanın XİN başçıları İslamabad danışıqlarını müzakirə ediblər
Digər04:01
Trampın Hörmüz boğazı ilə bağlı çıxışından sonra neft bahalaşıb
Energetika03:35
Möhsün Rzayi: ABŞ məğlubiyyətə məhkumdur
Region03:17
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-2
Hadisə03:08