Azərbaycanın valyuta ehtiyatları son 1 ildə 3% artıb
- 03 may, 2021
- 12:23

Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 49 mlrd 117,5 mln ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunun 87%-i və yaxud 42 mlrd 761,3 mln ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 13%-i və yaxud 6 mlrd 356,2 mln ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 816,2 milyon ABŞ dolları və yaxud 1,6% azalıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 803 milyon ABŞ dolları və yaxud 1,85%, AMB-nin valyuta ehtiyatlarında isə 13,2 milyon ABŞ dolları və yaxud 0,2% azalma olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 374,2 milyon ABŞ dolları və yaxud 2,9% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 411,8 milyon ABŞ dolları və yaxud 3,4% artım, AMB-nin valyuta ehtiyatları isə 37,6 milyon ABŞ dolları və yaxud 0,6% azalma nümayiş etdirib.
ARDNF-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları) | |
01.04.2021 | 42 761,3 | 6 356,2 | 49 117,5 |
01.01.2021 | 43 564,3 | 6 369,4 | 49 933,7 |
01.10.2020 | 43 288,6 | 6 491,4 | 49 780,0 |
01.07.2020 | 43 223,3 | 6 436,3 | 49 659,6 |
01.04.2020 | 41 349,5 | 6 393,8 | 47 743,3 |