Azərbaycanın qeyri-neft məhsulları ixracatçısı olan TOP-10 dövlət şirkəti açıqlanıb
- 01 noyabr, 2025
- 10:32
Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 10 dövlət şirkəti tərəfindən ixrac edilmiş qeyri-neft məhsullarının ümumi dəyəri ötən ilin eyni dövrü (743,447 milyon ABŞ dolları) ilə müqayisədə 107,233 milyon ABŞ dolları və ya 14,42 % artaraq 850,68 milyon ABŞ dolları təşkil edib.
"Report"un İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 35,59 % payla Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edib.
Dövlət şirkətlərinin ixrac həcminə görə reytinqi:
| Şirkət | 2025-ci ilin yanvar-sentyabr aylarında ixracın həcmi (milyon ABŞ dollar ilə) | 2024-cü il yanvar-sentyabr aylarında ixracın həcmi (milyon ABŞ dollar ilə) | Faiz fərqi |
| SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi | 302,8 | 309,8 | -2,26 % |
| "SOCAR Polymer" MMC | 207 | 192,9 | 7,31 % |
| "AzerGold" QSC | 165,6 | 90 | 84 % |
| "Azəralüminium" MMC | 92,2 | 107,1 | -13,91 % |
| SOCAR-ın Qaz İxrac İdarəsi | 47,1 | 0 | - |
| "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC | 30,3 | 42,6 | -28,87 % |
| "SOCAR-Dalğıc" MMC | 1,9 | 0 | - |
| "İstisu Mineral Su Zavodu" MMC | 1,6 | 0 | - |
| "Azərbaycan Dəmir Yolları" QSC | 1,5 | 0,266 | 463,91 % |
| Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti | 0,68 | 0,781 | - |