Azərbaycanın kredit ittifaqları 9 ayda 0,1 milyon manat xalis mənfəət əldə edib
- 28 oktyabr, 2025
- 12:19
Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,1 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, kredit ittifaqları ötən ilin eyni dövründən 0,5 milyon manat zərərlə çıxmışdı.
"Report"bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
9 ay ərzində kredit ittifaqlarının gəlirləri 1,7 milyon manat (illik müqayisədə 6,3 % az), xərcləri 1 milyon manat (eyni qalıb), xüsusi ehtiyatlara ayırmaları 0,6 milyon manat (2 dəfə az) təşkil edib, mənfəət vergisi ödəmələri olmayıb (100 % azalıb).
Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 13 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,4 % çoxdur. Bunun 11,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 1,8 % böyüyüb.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 18,2 % azalaraq 2,7 milyon manata, balans kapitalı isə 9,6 % artaraq 10,3 milyon manata düşüb.