İsrail Qəzzada HƏMAS-ın infrastrukturuna zərbə endirib

Digər ölkələr
  • 09 yanvar, 2026
  • 11:44
İsrail Qəzzada HƏMAS-ın infrastrukturuna zərbə endirib

İsrail Müdafiə Ordusu Qəzza zolağına zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

İsrail hərbçilərinin məlumatına görə, HƏMAS hərəkatı tərəfindən uğursuz hücum cəhdi həyata keçirilib.

"Qəzza şəhərindən İsrailə doğru açılan uğursuz atəşlərə cavab olaraq, İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda və şimalında HƏMAS terrorçularına və onların infrastrukturuna dəqiq zərbələr endirib", - ordunun mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd olunur ki, İsrail atəşkəs razılaşmasının hər hansı pozulmasını pisləyir və təhdidlərin qarşısını almaq üçün hərəkət edəcəyini bildirir.

İsrail hərbçilərinin məlumatına görə, zərbələr bir neçə HƏMAS döyüşçüsünə, buraxılış məntəqələrinə və əlavə infrastruktura yönəldilib.

Son xəbərlər

Bütün Xəbər Lenti