Azərbaycanın I yarımildə aviadaşımalardan əldə etdiyi gəlir açıqlanıb

Maliyyə
  • 26 avqust, 2025
  • 10:23
Azərbaycanın I yarımildə aviadaşımalardan əldə etdiyi gəlir açıqlanıb

Bu ilin I yarısında Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 1 milyard 978,05 milyon manat gəlir əldə edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,6 % azdır.

Eyni zamanda, yük daşımalarından 1 milyard 108,646 milyon manat gəlir (-13,9 %) əldə edilib ki, bunun da 1 milyard 108,113 milyon manatı beynəlxalq reyslərin payına düşüb. Daxili daşımalardan əldə olunan gəlir isə 23,4 % azalaraq 532,4 min manat olub.

Sərnişin aviadaşımaları 869,404 milyon manat gəlir gətirib ki, bu da əvvəlki illə müqayisədə 3,4 % azdır. Bu məbləğin 831,301 milyon manatını beynəlxalq reyslər, 38,103 milyon manatını isə daxili reyslər təmin edib.

Bu ilin yanvar-iyun aylarında hava nəqliyyatı ilə 187,6 min ton yük (-10,5 %) və 1,861 milyon sərnişin (+2,6 %) daşınıb.