Azərbaycanın bank sektorunun xalis mənfəəti 10 %-ə yaxın artıb

Maliyyə
  • 28 oktyabr, 2025
  • 09:59
Azərbaycanın bank sektorunun xalis mənfəəti 10 %-ə yaxın artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr aylarında 910,7 milyon manat xalis mənfəət əldə edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 % çoxdur.

9 ay ərzində bankların əməliyyat gəlirləri 5 milyard 45,6 milyon manat (1 il əvvələ nisbətən 22,9 % çox), əməliyyat xərcləri 3 milyard 628,7 milyon manat (29,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 291,8 milyon manat (0,8 % çox), gözlənilməz gəlirləri 0,2 milyon manat (23 dəfə az), mənfəət vergisi ödəmələri isə 214,5 milyon manat (12,5 % çox) təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti