Azərbaycanda qiymət fərqindən yığımlar üzrə proqnoz 33 % azaldılır
- 16 oktyabr, 2025
- 10:37
2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 111 milyon manatı Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar üzrə daxilolmaların payına düşəcək.
"Report" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 33,1 % azdır.
Xatırladaq ki, bu il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat, büdcə xərclərinin isə 41 milyard 703,6 manat olacağı gözlənilir.
Qiymət fərqindən yığımların 2027-ci ildə 112 milyon manat, 2028-ci ildə 101 milyon manat, 2029-cu ildə isə 103 milyon manat proqnozlaşdırılır.