Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9 % artıb
Maliyyə
- 09 oktyabr, 2025
- 10:21
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda vergi daxilolmalarının 9 milyard 173,2 milyon manatı və yaxud 73,6 %-i qeyri-neft-qaz sektorunun payına düşüb.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 % çox, proqnozdan isə 3 % çoxdur.
Xatırladaq ki, 9 ay ərzində Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 12 milyard 455,8 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 3,8 %, proqnozdan isə 5,2 % çoxdur.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 9 ay ərzində həmin məbləğin 80,4 %-i təmin olunub.
Son xəbərlər
17:30
Bakıda 36 nömrəli marşrut üzrə avtobuslar qismən yenilənəcək
İnfrastruktur17:24
Foto
Video
Binəqədidə kafedə partlayış olub, 3 nəfər xəsarət alıb
Hadisə17:22
Azərbaycan BƏƏ ilə investisiya imkanlarını müzakirə edib
Maliyyə17:20
"Atletiko" braziliyalı futbolçu ilə maraqlanır
Futbol17:16
Makron: Fransa Çinlə əlaqələri gücləndirməyə hazırdır
Digər ölkələr17:13
Azərbaycanda idxal-ixrac əməliyyatları üzrə "Dərhal buraxılış" sistemi tətbiq ediləcək
Biznes17:12
AYNA: 12 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir
İnfrastruktur17:12
Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin sayı 20-yə çatıb - YENİLƏNİB-4
Sağlamlıq17:06