Azərbaycanda ötənilki vergi daxilolmalarının strukturu açıqlanıb

Maliyyə
  • 17 sentyabr, 2025
  • 15:36
Azərbaycanda ötənilki vergi daxilolmalarının strukturu açıqlanıb

2024-cü ildə Azərbaycanda vergi daxilolmalarının 42,9 %-i mənfəət vergisi, 27,1 %-i əlavə dəyər vergisi (ƏDV), 11,6 %-i fiziki şəxslərin gəlir vergisi, 8,5 %-i aksiz vergisi, 2,4 %-i sadələşdirilmiş vergi, 2,1 %-i əmlak vergisi, 1,9 %-i dövlət rüsumu, 3,5 %-i isə digər vergi növlərinin payına düşüb.

Bu barədə "Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. 

O cümlədən, ötən il qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının 31,3 %-i mənfəət, 35,4 %-i ƏDV, 16,7 %-i fiziki şəxslərin gəlir vergisi, 6,1 %-i aksiz vergisi, 3,5 %-i sadələşdirilmiş vergi, 2,8 %-i dövlət rüsumu, 2 %-i əmlak vergisi, 2,2 %-i isə digər vergilər olub. 

Son xəbərlər

Bütün Xəbər Lenti