Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 5 % artıb

Maliyyə
  • 16 aprel, 2022
  • 13:33
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 5 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,2 % artaraq 2 112,3 milyon manat olub.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə hüquqi şəxslər əhaliyə 1 584,2 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75 %-ni təşkil edib.

3 ay ərzində hər bir ölkə sakini orta hesabla 210,4 manatlıq və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 27,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti