Ekspert Mərkəzi Asiya ölkələri üçün Orta Dəhlizin əhəmiyyətinin artacağını proqnozlaşdırır

İnfrastruktur
  • 15 noyabr, 2025
  • 17:28
Ekspert Mərkəzi Asiya ölkələri üçün Orta Dəhlizin əhəmiyyətinin artacağını proqnozlaşdırır

Yaxın beş ildə Orta Dəhlizin inkişafı Mərkəzi Asiya regionunda digər bütün nəqliyyat marşrutlarının inkişafını qabaqlayacaq.

"Report"un Daşkəndə ezam olunmuş müxbirinin məlumatına görə, bu barədə Özbəkistanın Perspektivli Beynəlxalq Araşdırmalar İnstitutunun Enerji Diplomatiyası və Geosiyasət Mərkəzinin rəhbəri Xayotjon İbrahimov jurnalistlərə açıqlamasında deyib.

"Orta Dəhliz bu gün olduqca aktual bir layihədir, bu marşrutla logistik tədarük zəncirimiz var. Hesab edirəm ki, növbəti beş il ərzində Orta Dəhlizin inkişafı digər marşrutlardan üstün olacaq. Bu, Mərkəzi Asiyanın, xüsusən də Özbəkistanın Çinlə Hindistan arasında bir növ mərkəz olması ilə əlaqədardır. Azərbaycan isə bizim üçün Mərkəzi Asiya ilə Avropa arasında bir növ mərkəz rolunu oynayır", - o bildirib.

Ekspertin sözlərinə görə, Orta Dəhlizin inkişafından həm ixracatçı, həm də tranzitçi ölkələr faydalanacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti