Azərbaycanda Ani Ödəniş Sisteminin tarif siyasətinə yenidən baxılacaq

Maliyyə
  • 06 oktyabr, 2025
  • 17:28
Azərbaycanda Ani Ödəniş Sisteminin tarif siyasətinə yenidən baxılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) operatoru olduğu ödəniş sistemlərinin, o cümlədən Ani Ödəniş Sisteminin tarif siyasətinə yenidən baxılması və bununla sistemdən istifadənin genişləndirilməsinin təşviq edilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Maliyyə xidmətləri" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, elektron ödənişlərə əlçatanlığın artırılması məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, ödəniş xidməti təchizatçılarının elektron ödənişlərin həyata keçirilməsinə çəkdiyi xərclərin və elektron ödənişlərə sərf olunan vaxtın azaldılması imkanlarının təhlil edilməsi, bankların ödəniş kartları və elektron bankçılıq xidmətlərindən istifadə göstəricilərinin AMB-nin "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" üzrə müəyyən etdiyi hədəf indikatorları üzrə təhlil edilməsi və nəticələri əsasında müvafiq tədbirlərin görülməsi planlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti