Azərbaycanda 10 ayda ödənişli xidmətlərdən büdcəyə daxilolmalar üzrə proqnoz 28 % az icra edilib

Maliyyə
  • 13 noyabr, 2025
  • 14:46
Azərbaycanda 10 ayda ödənişli xidmətlərdən büdcəyə daxilolmalar üzrə proqnoz 28 % az icra edilib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 536,5 milyon manat təşkil edib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ödənişli xidmətlərdən daxilolmalar proqnozdan 27,8 % az icra edilib.

Bundan başqa, 10 ay ərzində büdcəyə sair daxilolmalar isə 614,8 milyon manat olub ki, bu da proqnozdan 34 % çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti