Azərbaycan və Türkiyə zəlzələ sığortasında təcrübə mübadiləsi aparacaq

Maliyyə
  • 14 sentyabr, 2025
  • 14:49
Azərbaycan və Türkiyə zəlzələ sığortasında təcrübə mübadiləsi aparacaq

Türkiyə Azərbaycanla zəlzələ sığortası və digər sığorta sahələrində təcrübə mübadiləsi aparacaq və əməkdaşlıq edəcək.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə Sığorta Birliyinin sədri Uğur Gülən Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə sığorta sektoru digər üzv ölkələrə nisbətən daha böyük həcmə malikdir:

"Hazırda Türkiyə sığorta sektoru 24–25 trilyon ABŞ dolları həcmində sığorta təminatı ilə 1,2 trilyon ABŞ dollarlıq iqtisadi fəaliyyəti əhatə edir və 2025-ci ilin sonunda sığorta haqların həcmi 30 milyard dollara çatacağı gözlənilir".

U. Gülən əlavə edib ki, zəlzələ və kənd təsərrüfatı havuzları vasitəsilə əldə olunan təcrübənin Azərbaycan da daxil olmaqla digər Türk dövlətləri ilə paylaşılması böyük şərəfdir və bu gələcəkdə sığorta sahəsində əməkdaşlığın daha da genişlənməsinə imkan yaradacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti