Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları iyunda cüzi azalıb

Maliyyə
  • 01 iyul, 2021
  • 11:39
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları iyunda cüzi azalıb

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6 455,3 milyon ABŞ dolları təşkil edib.

“Report” quruma istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 0,1% azdır.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1,35%, son 1 ildə isə 0,3% artıb.