Azərbaycan Mərkəzi Bankı əməkdaşlarının könüllü tibbi sığortaçısını seçir
- 05 sentyabr, 2025
- 12:45

Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlar və onların ailə üzvləri üçün tibbi sığorta xidməti üçün açıq tender elan edib.
"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 600 manatdır.
Tenderdə iştirak etmək istəyənlər təkliflərini oktyabrın 3-ü, saat 17:00-a qədər AMB-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim edə bilərlər.
Təkliflərə oktyabrın 3-ü, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
Sığorta xidməti çərçivəsində 19 əməkdaş və onların 19 ailə üzvü üçün VİP paket (minimum 10 min manatlıq), 957 əməkdaş və onların 654 ailə üzvü üçün isə standart paket (minimum 5 min manatlıq) satın alınıb.
Xatırladaq ki, ötən il AMB əməkdaşlarının tibbi sığortası ilə bağlı xidmətləri "PAŞA Sığorta" ASC göstərib. Şirkətə 818 min manat ödənilib.