Peşəkar Tennisçilər Assosiasiyası isti havalarda keçirilən oyunlarla bağlı yeni qaydaları təsdiqləyib

Fərdi
  • 16 dekabr, 2025
  • 12:25
Peşəkar Tennisçilər Assosiasiyası isti havalarda keçirilən oyunlarla bağlı yeni qaydaları təsdiqləyib

Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) Direktorlar Şurası isti havalarda keçirilən kişilər arasında oyunlarla bağlı yeni qaydaları təsdiqləyib.

"Report" xəbər verir ki, yeni reqlament 2026-cı ildən qüvvəyə minəcək.

Yeni qaydalara görə, isti hava şəraitində (30,1 dərəcə) üç setlik matçlarda oyunçulardan birinin istəyi ilə ikinci setdən sonra 10 dəqiqəlik fasilə elan edilə bilər. Temperatur 32,2 dərəcəni keçdikdə oyun dayandırıla bilər.

ATP tərəfindən verilən açıqlamada yeni tədbirlərin tennisçilər, tamaşaçılar və hakimlər üçün təhlükəsiz şərait yaratmaq, rahatlığı təmin etmək məqsədi daşıdığı vurğulanıb. Bununla da kişilərin turnir qaydaları Qadın Tennis Assosiasiyasının (WTA) qaydaları ilə uyğunlaşacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti