Azərbaycan gələn il 1 milyard manatdan çox borclanmaya gedəcək

Maliyyə
  • 08 sentyabr, 2021
  • 15:54
Azərbaycan gələn il 1 milyard manatdan çox borclanmaya gedəcək

2022-ci ildə Azərbaycanın dövlət büdcəsində gözlənilən 2 567 milyon manat kəsirin 1 293 milyon manatı borclanma hesabına aradan qaldırılacaq.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Kəsirin qalan hissəsi isə vahid xəzinə hesabının 1 160 milyon manat qalığı, 114 milyon manatı isə özəlləşdirmədən daxilolmalar hesabına maliyyələşdiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti