Azərbaycan Biznesinin İnkişafı Fondunun verdiyi kreditlərin 76%-i regionların payına düşüb

Maliyyə
  • 04 noyabr, 2025
  • 14:14
Azərbaycan Biznesinin İnkişafı Fondunun verdiyi kreditlərin 76%-i regionların payına düşüb

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) verdiyi güzəştli kreditlərin 76 %-i regionların payına düşüb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Xatırladaq ki, 9 ayda Fond ümumi dəyəri 564 milyon manat olan 4 590 layihənin maliyyələşdirilməsinə 249,1 milyon manat güzəştli kredit verib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,5 % və 48,6 % çoxdur.

Verilmiş kreditlərin 46,6 %-i sənaye məhsullarının istehsalı, 43,2 %-i kənd təsərrüfatı məhsulları istehsalının və emalının, 7,3 %-i xidmət, 2,9 %-i isə digər sahələrin payına düşüb.

M. Cabbarov qeyd edib ki, maliyyələşdirilən layihələrin 99,7 %-i say etibarilə, 87,8 %-i isə kredit məbləği baxımından mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.

Bu kreditlər hesabına təxminən 3 500 yeni iş yerinin yaradılması imkanı yaranıb.

Son xəbərlər

Bütün Xəbər Lenti