Azərbaycan banklarının xalis xarici aktivləri 5 % artıb

Maliyyə
  • 01 noyabr, 2025
  • 17:44
Azərbaycan banklarının xalis xarici aktivləri 5 % artıb

Bu ilin oktyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 26 milyard 751 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,9 % az, ilin əvvəli ilə müqayisədə 0,6 %, ötən ilin oktyabrın 1-nə nisbətən isə 5 % çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 21 milyard 234,7 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 2,3 %, ilin əvvəli ilə müqayisədə 6,8 %, ötən ilin oktyabrın 1-nə nisbətən isə 5,7 % çoxdur.

Azərbaycanda ümumi aktivləri 56 milyard 138 milyon manat olan 22 bank fəaliyyət göstərir.

Son xəbərlər

Bütün Xəbər Lenti