ARDNF Serbiyaya 73 milyon dollara yaxın investisiya qoyub

Maliyyə
  • 23 oktyabr, 2025
  • 17:44
ARDNF Serbiyaya 73 milyon dollara yaxın investisiya qoyub

Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) Serbiyaya 72,7 milyon ABŞ dolları həcmində investisiya qoyub.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclasında bildirilib.

ARDNF-nin Serbiyada olan investisiyalarının böyük hissəsi sabit gəlirli qiymətli kağızlara, müəyyən hissəsi isə özəl səhm alətlərinə yatırılıb.

Qeyd edək ki, 2025-ci ilin iyunun sonuna ARDNF-nin investisiya portfelinin dəyəri 66 milyard 515,2 milyon ABŞ dolları təşkil edib. Bu, ötən il iyunun sonu ilə müqayisədə 8 milyard 583,7 milyon ABŞ dolları və yaxud 14,8 % çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti