ARDNF-nin investisiya portfelində dolların payı artıb

Maliyyə
  • 23 oktyabr, 2025
  • 11:03
ARDNF-nin investisiya portfelində dolların payı artıb

Bu ilin oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 70 milyard 160,3 milyon ABŞ dolları təşkil edib.

Bu barədə "Report" Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin oktyabrın 1-i ilə müqayisədə 8 milyard 969,5 milyon ABŞ dolları və ya 14,7 % çoxdur.

Məlumata görə, hazırda ARDNF-nin investisiyalarının 67,8 %-i (47 milyard 589 milyon) ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 0,8 faiz bəndi çoxdur.

İnvestisiya portfelində avronun payı 20,3 %-dən 20 %-ə (11 milyard 987,8 milyon) enib.

Hesabat dövründə investisiya portfelində ingilis funt sterlinqinin payı 0,2 faiz bəndi azalaraq 4,9 % (2 milyard 554,7 milyon) təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında Fondun investisiya portfelində Çin yuanınln payı 0,3 faiz bəndi azalaraq 2,3 % (11 milyard 379,6 milyon) təşkil edib.

Yapon yeninin payı dəyişməyərək 1,4 % (140 milyon 351,9 min) təşkil edib.

Eyni zamanda, Neft Fondunun investisiya portfelində digər xarici valyutaların payı dəyişməyərək 3,6 % (2 milyard 533,9 milyon dollar ekvivalentində) təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti