"Barselona" icarə əsasında komandada çıxış edən hücumçunu birdəfəlik transfer etmək istəyir

Futbol
  • 23 oktyabr, 2025
  • 14:17
Barselona icarə əsasında komandada çıxış edən hücumçunu birdəfəlik transfer etmək istəyir

İspaniyanın "Barselona" klubu icarə əsasında komandada çıxış edən futbolçu Markus Reşfordu birdəfəlik transfer etmək istəyir.

"Report" "Barca blaugranes" nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar İngiltərə təmsilçisi "Mançester Yunayted"ə məxsus olan 27 yaşlı hücumçunu almaq niyyətindədir.

İspaniya nəhəngi artıq bunun üçün hazırlıqlara da başlayıb. Mümkün keçidin təxminən 30 milyon avroya başa gələcəyi gözlənilir.

Qeyd edək ki, Reşford cari mövsüm 12 matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti