AMB-nin dövriyyədə olan notlarının ümumi dəyəri 16 aylıq minimumu yeniləyib

Maliyyə
  • 02 iyul, 2021
  • 12:43
AMB-nin dövriyyədə olan notlarının ümumi dəyəri 16 aylıq minimumu yeniləyib

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının ümumi dəyəri 400 milyon manat təşkil edir.

“Report” quruma istinadən xəbər verir ki, bu, iyunun 30-u ilə müqayisədə 120 milyon manat və yaxud 23,1% azdır, 16 aylıq minimumun yenilənməsidir.

Xatırladaq ki, ötən il martın 6-da AMB-nin dövriyyədə olan notlarının ümumi dəyəri 370 milyon manat təşkil edib və o vaxtdan bəri 400 milyon manatdan aşağı olmayıb.