Karakasda Prezident sarayının yaxınlığında atəş səsləri eşidilib

Digər ölkələr
  • 06 yanvar, 2026
  • 07:15
Karakasda Prezident sarayının yaxınlığında atəş səsləri eşidilib

Venesuelanın paytaxtı Karakasda Prezident sarayının yaxınlığında atəş səsləri eşidilib.

"Report"un məlumatına görə, bu barədə Amerikanın "BNO News" portalı məlumat yayıb.

Qeyd olunub ki, atışma Venesuelada prezident sarayının yaxınlığında olub. Hadisənin hansı şəraitdə baş verdiyi bəlli deyil.

Venesuelanın "Noticias Caracol" radiostansiyasının mənbələri hadisə bölgəsində dövlət qurumlarının təxliyyə edildiyini bildirib. Onlar iddia ediblər ki, pilotsuz təyyarələr ərazi üzərində uçmuş ola bilər və bu, ehtimal ki, hava hücumundan müdafiəni işə salıb.

"AFP" xəbər agentliyi hökumətdəki mənbələrə istinadən vəziyyətin nəzarət altında olduğunu bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti