Azərbaycanın cari əməliyyatlar balansının profisiti 25 % azalıb

Maliyyə
  • 10 dekabr, 2025
  • 11:04
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 25 % azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar balansında (CƏB) 3 milyard ABŞ dolları və yaxud ümumi daxili məhsulun (ÜDM) 5,4 %-i qədər profisit formalaşıb.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə profisit təxminən 25 % azalıb.

"Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. 9 ayda CƏB-in profisiti əsasən xarici ticarət və təkrar gəlirlər balanslarının profisitindən irəli gəlib. Təkrar gəlirlər balansının əsas komponenti olan pul baratları üzrə xalis daxilolmaların dinamikası ötən ilə nəzərən müsbətdir. AMB-nin 2025 və 2026-cı illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır", - deyə AMB bəyan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti