Ağalı kəndində yerləşən hotelin təmir və tamamlama işlərinin ikinci mərhələsinə başlanılır

Maliyyə
  • 08 sentyabr, 2025
  • 11:07
Ağalı kəndində yerləşən hotelin təmir və tamamlama işlərinin ikinci mərhələsinə başlanılır

Zəngilan rayonu, Ağalı kəndində yerləşən hotelin tam təchizatlı təmir və tamamlama işlərinin ikinci mərhələsinə başlanılır.

"Report" xəbər verir ki, bununla bağlı Cəbrayil, Qubadli və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara başlayıb.

Məlumata görə, ikinci mərhələ çərçivəsində qaz təchizatı, işıqlandırma, abadlıq, yaşıllaşdırma üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulur. Ümumilikdə bu işlərə 6,050 milyon manat xərclənəcək.

Qeyd edək ki, ötən il Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxs Ağalı kəndində yerləşən otelin tam təchizatlı təmir və tamamlama işləri ilə bağlı 14,2 milyon manatlıq satınalma həyata keçirmişdi.