Tramp Sülh Şurasının iclasında: Biz çox yaxşı iş gördük
- 19 fevral, 2026
- 18:42
Bu gün əlamətdar gündür və onu çoxları - digər dövlətlərin liderləri izləyir, çünki burada liderlərin böyük bir qrupu iştirak edir, gələ bilməyənlər isə Zoom vasitəsilə izləyirlər. Ümid edirəm ki, bu, onların xoşuna gələcək.
"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında çıxışı zamanı deyib.
"Gördüyümüz iş çox sadədir - sülh. Bu, Sülh Şurası (Board of Peace) adlanır və söhbət tələffüzü asan, lakin həyata keçirilməsi çətin olan sözdən gedir. Sülh. Lakin biz buna nail olacağıq. Biz həqiqətən çox yaxşı iş gördük", - o deyib.
"Bu gün bizimlə olan liderlərdən bəziləri bu ilk il ərzində mənə çox kömək etdilər. Ölkəmizin tarixində bəlkə də heç vaxt olmamış ilk ilimiz oldu", - Tramp bəyan edib.
ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının əhəmiyyətinə diqqət çəkib:
"Biz Qəzza xalqı, Yaxın Şərq və bütün dünya üçün daha parlaq gələcəyi təmin etmək məqsədilə birlikdə çalışırıq. Düşünürəm ki, liderlərin, çox hörmətli insanların, Yaxın Şərq ölkələrinin, həmçinin bütün dünya dövlətlərinin nümayəndələrinin təmsil olunduğu Sülh Şurası mühüm rol oynayır. Onlar həmçinin maliyyə baxımından böyük səxavət nümayiş etdiriblər. Birləşmiş Ştatlar da səxavətlilik göstərir, çünki sülhdən vacib və sülhdən ucuz heç nə yoxdur. Müharibələr sülhə nail olmaqdan yüz dəfə baha başa gəlir", - Tramp bildirib.