"AccessBank" korporativ sosial məsuliyyət çərçivəsində "İçərişəhər" Qoruğu ilə əməkdaşlığa başlayıb
- 16 sentyabr, 2025
- 16:52

"AccessBank" QSC korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əməkdaşlığa başlayıb. İlk təşəbbüs kimi Qala qoruğu ərazisində yaşayan və bu il ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirilib.
Görüşdə "AccessBank"ın Baş Əməliyyat İnzibatçısı Teymur Ağakişiyev, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin sədri Rüfət Mahmud, Milli Məclisin deputatı Gülşən Paşayeva və Xəzər Rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Əhmədova iştirak edərək gəncləri səmimi təbrik edib, təhsil və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tələbələrə "AccessBank"ın myCard Junior kartları təqdim olunub. Bu hədiyyə gənclərə gündəlik xərclərini rahat idarə etmək və sağlam maliyyə vərdişləri formalaşdırmaq üçün dəstək olacaq.
Bu təşəbbüs "AccessBank"ın gənclərin inkişafına verdiyi dəstəyin davamlı xarakter daşıdığını bir daha göstərir.
"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank" Azərbaycan Mərkəzi Bankının verdiyi 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3 ünvanında yerləşir.