Rəşad Hüseynov: "Güclü rəqiblərimiz var, digər görüşlərimiz də asan olmayacaq"

Komanda
  • 03 oktyabr, 2025
  • 23:50
Rəşad Hüseynov: Güclü rəqiblərimiz var, digər görüşlərimiz də asan olmayacaq

"Güclü rəqiblərimiz var, digər görüşlərimiz də asan olmayacaq".

"Report"un Qərb bürosunun məlumatına görə, bunu Karate üzrə Azərbaycan Milli Komandasının böyük məşqçisi Rəşad Hüseynov jurnalistlərə verdiyi müsahibədə bildirib.

"Bu yarışa hər ölkədən güclü idmançılar qatılıb və güclü rəqiblərimiz var. Digər görüşlərimiz də asan olmayacaq. Ancaq ümidimiz odur ki, bizim karateçilərimiz daha da yüksək nəticələr əldə edəcəklər"-deyə müsahib vurğulayıb.

Xatırladaq ki, bu gün keçirilən yarışda Mədinə Sadiqova (55 kq), Nuran Rzazadə (67 kq) və Roman Heydərov (kata) qızıl mükafata sahib çıxıblar. Fərid Savadov (60 kq) ilə Nəzrin Piriyeva (55 kq) finalda uduzaraq gümüş medal əldə ediblər. İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzaraq bürünc mükafat alıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti