"Lənkəran"ın baş məşqçisi: "Basketbolçularımız "Sərhədçi" ilə matçda xarakter göstərdilər"
Komanda
- 08 yanvar, 2026
- 22:44
"Lənkəran" basketbolçuları "Sərhədçi" ilə oyunda xarakter göstəriblər.
"Report" xəbər verir ki, bunu cənub təmsilçisinin baş məşqçisi Georgi Kondruseviç klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, "Sərhədçi" üzərində 72:69 hesablı qələbəni şərh edib:
"Komandamı ilin ilk qələbəsi münasibəti ilə təbrik edirəm. Bizdən asılı olmayan səbəblərə görə heyət baxımından çətinliklərlə üzləşdik. Normal şəkildə hazırlaşmaq imkanımız olmadı. Oyun üçün cəmi 8 basketbolçunun xidmətindən yararlana bildim. Amma oyunçular xarakter göstərdilər və sübut etdilər ki, meydançada bütün gücünü, imkanlarını ortaya qoysan, hər şeyə nail olmaq mümkündür. Mən onlarla qürur duyuram".
Son xəbərlər
08:05
"Bitcoin"in qiyməti 2025-ci ilin aprelindən bəri ilk dəfə 75 min dollardan aşağı düşüb
Maliyyə07:47
Avstraliya ABŞ-də keçirilən təlimlərə hərbi təyyarələr və yüzlərlə pilot göndərib
Digər ölkələr07:22
Ümumi təhsil müəssisələrində qış tətili başa çatıb
Elm və təhsil06:46
Tramp Kennedi Mərkəzinin təmir işləri üçün bağlandığını açıqlayıb
Digər ölkələr06:23
Venesuela mayeləşdirilmiş neft qazının ilk partiyasını ixrac edib
Digər ölkələr05:51
Foto
Nyu-Yorkda dondurucu soyuqlar səbəbindən 14 nəfər ölüb
Digər ölkələr05:19
Sorğu: Yaponiyada hakim koalisiya parlamentdə 465 yerdən 300-nü əldə edəcək
Digər ölkələr04:50
"Kommersant": Rusiya servislərindən məlumat sızmasının həcmi bir ildə 1,5 dəfə artıb
Region04:14