III MDB Oyunları: Azərbaycan voleybolçuları qələbə qazanıblar

Komanda
  • 30 sentyabr, 2025
  • 20:06
III MDB Oyunları: Azərbaycan voleybolçuları qələbə qazanıblar

Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol millisi III MDB Oyunlarına qalibiyyətlə başlayıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Gəncə İdman Sarayında Qırğızıstanla qarşılaşan yığma 3:0 hesablı qələbəyə sevinib.

Günün ilk görüşündə Rusiya seçməsi Özbəkistanı 3:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, ötən gün Azərbaycanın qızlardan ibarət U-15 kollektivi Tacikistanı 3:0 hesabı ilə məğlub etmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti