Azərbaycanın U-17 millisinin heyəti açıqlanıb

Komanda
  • 05 oktyabr, 2025
  • 14:45
Azərbaycanın U-17 millisinin heyəti açıqlanıb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti müəyyənləşib.

"Report" xəbər verir ki, U-17-nin Avropa çempionatının seçmə mərhələsində Fransa, İsrail və Rumıniya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətində 20 futbolçu saxlanılıb.

Qeyd edək ki, IX qrupda yer alan komanda oktyabrın 8-də Fransa, 11-də İsrail, 14-də isə Rumıniya ilə qarşılaşacaq. Qrupun bütün oyunları Fransada keçiriləcək.

U-17-yə çağırılan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:

Nr. Adı / Soyadı Klub
1 Rauf Əyyubov Sabah
2 Nurəziz Əzizov Neftçi
3 Kamil Həsənov Marcet (İspaniya)
4 Kəmaləddin Cəfərli Qarabağ
5 Uğur Qurbanlı Qarabağ
6 Toğrul Mehdizadə Sabah
7 Səttar Tahirzadə Marcet (İspaniya)
8 Əli Kiçibəyov Marcet (İspaniya)
9 İsmayıl Rzayev Şəfa
10 Amin Rzayev Qarabağ
11 Rəşad Gülüşov Sabah
12 Nihad Hüseynzadə Sabah
13 Nihad Cəfərzadə Sabah
14 Abbas Zeynalov Marcet (İspaniya)
15 Onur Əliyev Qarabağ
16 Adnan Bunyatov Marcet (İspaniya)
17 Əli Bəşirov Qarabağ
18 Samir Şərifov Sabah
19 Pünhan Kərimov Marcet (İspaniya)
20 Nicat Kərimov Sabah

8 oktyabr

17:00. Fransa (U-17) - Azərbaycan (U-17)

"Bourret" stadionu, Kapbreton

Baş hakim: Marius Hansen Qrotta (Norveç).

11 oktyabr

20:00. İsrail (U-17) - Azərbaycan (U-17)

"Park de Sport" stadionu, Sen-Pol-le-Daks

Baş hakim: Marius Hansen Qrotta (Norveç).

14 oktyabr

17:00. Azərbaycan (U-17) – Rumıniya (U-17)

"Bourret" stadionu, Kapbreton

Baş hakim: Mateo Erceq (Xorvatiya).

Son xəbərlər

Bütün Xəbər Lenti