Azərbaycan Yüksək Liqası: "DH Volley" finala vəsiqə qazanıb

Komanda
  • 11 aprel, 2026
  • 21:17
Azərbaycan Yüksək Liqası: DH Volley finala vəsiqə qazanıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin cavab matçlarına start verilib.

"Report" xəbər verir ki, ilk oyun günündə "DH Volley" "Milli Aviasiya Akademiyası" ilə üz-üzə gələcək.

Oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Qarşılaşma "Milli Aviasiya Akademiyası"nın qələbəsi ilə bitib - 3:2.

Tərəflər arasında ilk qarşılaşmada "DH Volley" 3:0 hesabı ilə qələbə qazandığı üçün "qızıl set" oynanılıb. Burada üstün olan (15:12) "DH Volley" adını finala yazdırıb.

Yarımfinal mərhələsinin digər görüşü aprelin 13-də "Turan" və "Gəncə" kollektivləri arasında keçiriləcək.

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarətdir. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılır.

Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.