Peruda güclü zəlzələ nəticəsində altı nəfər ölüb
Digər ölkələr
- 19 iyul, 2026
- 23:09
Peruda 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində altı nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə ölkənin Nazirlər Şurasının sədri Luis Arroyo Sançes məlumat verib.
"Təəssüf ki, altı nəfər həlak olub. Biz artıq onların yaxınlarına başsağlığı vermişik, həmçinin bir neçə yaxın əraziyə baş çəkmişik", - deyə o, bildirib.
Hökumət rəhbərinin məlumatına görə, zəlzələ nəticəsində 250-dən çox evə ziyan dəyib, 48 bina isə tamamilə dağılıb.
Peru Geofizika İnstitutunun məlumatına əsasən, 5,1 bal gücündə zəlzələ şənbə günü yerli vaxtla axşam saatlarında ölkənin mərkəzi hissəsində yerləşən Xunin departamentində, Çupaka şəhərindən 7 kilometr cənubda baş verib. Zəlzələnin ocağı 24 kilometr dərinlikdə yerləşib.
Son xəbərlər
18:50
Aleksandar Vuçiç: Seçkilərdə qalib gələcəyik
Digər ölkələr18:39
Şimali Makedoniyanın Serbiya və Yunanıstanla qaz əlaqələri hidrogen nəqlinə uyğunlaşdırılır
Energetika18:32
Fransanın cənub-qərbində yanğın səbəbindən təxliyə edilənlərin sayı 20 minə çatıb - YENİLƏNİB
Digər ölkələr18:27
Video
ADY: Yarım ildə hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb
İnfrastruktur18:25
Kostanyan və Haddad Cənubi Qafqazdakı vəziyyəti və regionda sülhün möhkəmləndirilməsini müzakirə ediblər
Region18:19
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Energetika18:11
Bakının iki rayonunda qaz təchizatında qısamüddətli fasilə olacaq
Energetika18:06
"International Leasing" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə18:01