Azərbaycan Voleybol Federasiyasının həkimi beynəlxalq yarışa təyinat alıb

Komanda
  • 10 sentyabr, 2025
  • 13:53
Azərbaycan Voleybol Federasiyasının həkimi beynəlxalq yarışa təyinat alıb
Vüsalə Kazımova

Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) və Avropa Voleybol Konfederasiyasının (CEV) tibb komissiyalarının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.

AVF-dən "Report"a verilən məlumata görə, o, çimərlik voleybolu üzrə 18 yaşadək qız və oğlanların Avropa çempionatında iştirak edəcək.

V.Kazımova sentyabrın 10-14-ü aralığında İtaliyanın Korilyano Rossano şəhərində baş tutacaq yarışda CEV-in nümayəndəsi kimi tibb işinin təşkilinə nəzarət edəcək.